Menyu

"Ferrari"nin ilk tam elektrikli avtomobili 40 milyon dollara satılıb - FOTO

Əsəd Abbaslı
"Ferrari"nin ilk tam elektrikli avtomobili 40 milyon dollara satılıb - FOTO
Ferrari şirkətinin ilk tam elektrikli avtomobili “Luce” ABŞ-da keçirilən hərracda rekord qiymətə satılıb.

Operativ Media xəbər verir ki, avtomobil “Sothebys” hərracında 40 milyon dollara alıcı tapıb.

“Şassi 0” adlandırılan bu nüsxə “Ferrari Luce” modelinin ilk seriya versiyasıdır.

Satışdan əldə olunan vəsaitin Ferrari tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcəyi bildirilib. Hərracda satılan avtomobil yeni avtomobillər arasında rekord qiymətə satılan model olub.

“Luce” modelinin texniki göstəriciləri də diqqət çəkir. Avtomobil dörd elektrik mühərriki ilə təchiz olunub və ümumilikdə 1 050 at gücü hasil edir. Bu güc sayəsində model 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır.

Avtomobil 122 kVt/saat tutumlu və 800 volt arxitekturaya malik batareya ilə təchiz edilib. Modelin bir doldurulma ilə təxminən 530 kilometr məsafə qət edə biləcəyi bildirilir. Batareyanın maksimal 350 kVt güclə doldurulması mümkündür.


Təqdimatdan sonra şirkətin səhmlərinin dəyəri 8 faizdən çox azalıb. Şirkətin keçmiş prezidenti Luka di Montezemolo isə elektrikli avtomobilin Ferrari brendinin formalaşmış imicinə zərər vura biləcəyini bildirib.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər