Menyu

Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb

Operativ Media
Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Misirdə HAMAS rəhbərliyi ilə görüşərək Qəzza zolağının silahsızlaşdırılması məsələsini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə “Axios” iki anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə Kuşner HAMAS nümayəndələrini silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Görüş Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmadan sonra HAMAS rəhbərliyi ilə ilk təması olub.

Görüşdə ABŞ-nin Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov, şuranın üzvü və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer, HAMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, Qətər və Türkiyənin nümayəndələri də iştirak ediblər.

Əsas müzakirə mövzusunun HAMAS-ın Qəzzanın demilitarizasiyası ilə bağlı öhdəliyinin konkret və yoxlanıla bilən addımlara çevrilməsi olduğu bildirilib.

Kuşnerin daha sonra İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu addımları müzakirə edəcəyi bildirilib.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər