Menyu

Rodri: "Barselona"da oynamaq mənim üçün bir xəyaldır"

Operativ Media
Rodri: "Barselona"da oynamaq mənim üçün bir xəyaldır"

​"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Kataloniyaya səfərindən sonra media nümayəndələrinin suallarını cavablandırıb və gələcək keçidi barədə fikirlərini bölüşüb.

​Operativ Media xəbər verir ki, ispan futbolçu gəlişindən duyduğu məmnunluğu ifadə edərək prosesin gərgin keçdiyinə baxmayaraq, hər şeyin müsbət nəticələnməsindən xoşbəxt olduğunu bildirib.

​Kataloniya təmsilçisində çıxış etməyin uşaqlıq arzusu olduğunu vurğulayan idmançı komanda yoldaşları ilə tezliklə görüşməyə səbirsizləndiyini qeyd edib. O, əksər oyunçuları artıq yaxşı tanıdığını diqqətə çatdırıb.

​Rodri əsas hədəflərinin Çempionlar Liqası daxil olmaqla, iştirak edəcəkləri bütün turnirlərdə maksimum nəticə göstərmək üçün əlindən gələni etmək olduğunu əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər