Menyu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Operativ Media
Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib
1 dəq oxu

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

Operativ Media xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/4 finalda Polşa təmsilçisi Katarjina Qornisieviçlə qarşılaşıb. Nəsirli rəqibini 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Bununla da Banuçiçək Nəsirli özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün daha 4 Azərbaycan idmançısı 1/4 final görüşünə çıxacaq.

Əlaqəli Xəbərlər