"Barselona" Rodri transferini açıqladı
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını "Barselona"da davam etdirəcək.
Operativ Media xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Xarici mətbuatda yazılanlara görə, "qırmızı-göylər" bu transfer üçün İngiltərə təmsilçisinə 70 milyon avro ödəyiblər, həmçinin müqavilədə müxtəlif bonus ödənişləri də nəzərdə tutulub.
Xatırladaq ki, təcrübəli oyunçu 2019-cu ilin yayından bəri "Mançester Siti"nin şərəfini qoruyub. O, bu müddət ərzində komandanın heyətində bütün turnirlərdə 298 matçda meydana çıxıb, 28 dəfə rəqib qapılarına yol tapıb və 32 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində La Liqada da çıxış etmiş yarımmüdafiəçi daha əvvəl "Vilyarreal" və "Atletiko" klublarının formasını geyinib. Qeyd edək ki, Rodri 2024-cü ildə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibi olub.
dəqiqələr içində saytın olsun.