Ferran Torres zədə səbəbindən İspaniya millisinin düşərgəsini tərk edib
PSJ-nin hücumçusu Ferran Torres İspaniya millisinin düşərgəsindən ayrılıb.
Operativ Media xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu sol topuğunda yaranan narahatlıq səbəbindən komandanın düşərgəsini tərk edib. Sözügedən problem əvvəlcə onun məşq etməsinə və oyunlarda iştirakına mane olmayıb. Lakin simptomların davam etməsi səbəbindən Torresin klubuna qayıtması və reabilitasiyasına üstünlük verilməsi qərara alınıb.
Qeyd olunub ki, RFEF-in həkimləri toplanışın ilk günündən PSJ-nin tibbi heyəti ilə daim əlaqə saxlayıb və futbolçunun vəziyyəti birgə nəzarətdə olub.
Torresin əvəzinə baş məşqçi Luis de la Fuente İspaniyanın U-21 millisinin futbolçusu Karlos Espini əsas milliyə dəvət edib.
İspaniya oktyabrın 3-də Millətlər Liqasında Çexiyanı, oktyabrın 6-da isə səfərdə Xorvatiyanı qəbul edəcək.
dəqiqələr içində saytın olsun.