2027-ci ildə sosial təminat gücləndiriləcək - RƏY
Azərbaycan Prezidenti YAP-ın Qurultayında sosial müavinətlər, pensiya və minimum əmək haqqının artırılacağını bəyan etdi. Eyni zamanda bununla bağlı müvafiq göstərişlərin verildiyini də bildirdi. Bu, növbəti yeni sosial paketin icrası anlamına gəlir.
Bu barədə Operativ Media-ya deputat Vüqar Bayramov danışıb.
O bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, vətəndaşların sosial təminatının daha da gücləndirilməsi və bu istiqamətdə büdcə ayırmalarının artırılması nəzərdə tutulur, bu, növbəti ildə yeni, altıncı sosial paketin reallaşacağı anlamına gəlir:
“2027-ci ilin dövlət büdcəsində də bu addımlar nəzərdə tutulur. Belə ki, növbəti ilin büdcə xərclərinin 44 faizi sosial istiqamətə yönəldiləcək. Bu isə 18,5 milyard manat vəsaitin sosial sahəyə ayrılması deməkdir. Eyni zamanda, növbəti il sosial proqramların həyata keçirilməsi üçün daha çox vəsaitin ayrılması gözlənilir.
Praktik olaraq, 2027-ci ildə sosial istiqamətə daha çox vəsaitin ayrılmasını və sosial təminat tədbirlərinin gücləndirilməsini müşahidə edəcəyik.
Bununla yanaşı, minimum əməkhaqqının artırılması artıq mütəmadi xarakter daşıyır. Prezident tərəfindən imzalanmış qanunvericilik dəyişiklikləri nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləğinə hər il baxılması nəzərdə tutulur.
Pensiyaların indeksləşdirilməsi də 2027-ci ilin yanvar ayından reallaşacaq. Bu, 1 milyon 100 min vətəndaşı əhatə etməklə, bütün əmək pensiyalarında artımın həyata keçirilməsi deməkdir. Bu artım əmək pensiyası alan bütün vətəndaşlara şamil ediləcək.
Növbəti il sosial müavinətlərin artırılması da nəzərdə tutulur. Yəni 2027-ci ildə yalnız əməkhaqları və pensiyaların deyil, eyni zamanda sosial müavinətlərin də artırılması həyata keçiriləcək”.
dəqiqələr içində saytın olsun.