Menyu

MÜTDA: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Operativ Media
MÜTDA: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
1 dəq oxu

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın müəllim müsahibə mərhələsinə dəvət edilib.

Bu günə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada müəllimlərin şəxsi kabinetlərinə göndərilir.

Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə sentyabrın 17-də başlanılıb və oktyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər