"Turan Tovuz" "Fənərbağça" ilə üz-üzə gələcək
Operativ Media
1 dəq oxu
“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşünə çıxacaq.
Operativ Media xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oyunun start fiti saat 20:00-da veriləcək.
Milli komandaların heyətinə dəvət olunan futbolçular bu matçda forma geyinməyəcəklər.
Qeyd edək ki, “Turan” və “Fənərbağça” 1994-cü ildə UEFA Kubokunda qarşılaşıblar. Həmin vaxt İstanbulda keçirilən ilk oyunda meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib. Sumqayıtda baş tutan cavab qarşılaşmasında da Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
3 oktyabr
20:00. “Turan Tovuz” – “Fənərbağça”
Tofiq Bəhramov adına Respublika stadionu.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu