Menyu

"Aston Villa" heyətini iki yeni futbolçu ilə gücləndirib

Operativ Media
"Aston Villa" heyətini iki yeni futbolçu ilə gücləndirib

İngiltərənin "Aston Villa" klubu heyətini qapıçı Cion Suzuki və müdafiəçi Matteo Ruceri ilə gücləndirib.

​Operativ Media xəbər verir ki, hər iki oyunçu ilə imzalanan müqavilələrin detalları hələlik açıqlanmayıb.

​İtaliyanın "Parma" klubundan transfer edilən 23 yaşlı yapon qapıçı Cion Suzukinin 2029-cu il iyunun 30-dək qüvvədə olan əvvəlki sözləşməsinə xitam verilib. İnsayder Fabrisio Romanonun məlumatına görə, bu keçid bonuslar daxil olmaqla 35 milyon avroya başa gəlib. "Transfermarkt" portalı isə qolkiperin bazar dəyərini 30 milyon avro qiymətləndirir. Futbolçu 2025/2026 mövsümündə İtaliya təmsilçisinin heyətində çıxış etdiyi 19 matçda 30 qol buraxıb.

"The Athletic" nəşrinin yaydığı məlumata əsasən, ​"Atletiko"dan transfer olunan 24 yaşlı italyan arxa xətt oyunçusu Matteo Rucerinin isə  transfer dəyəri 20 milyon avro təşkil edib. Onun Madrid təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2030-cu il iyunun 30-dək nəzərdə tutulmuşdu. Ruceri ötən mövsüm ərzində meydana çıxdığı 47 qarşılaşmada komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib. "Transfermarkt" onun transfer qiymətini 28 milyon avro olaraq müəyyənləşdirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər