Menyu

"Aston Villa" "Vest Hem"in müdafiəçisini transfer edir

Operativ Media
"Aston Villa" "Vest Hem"in müdafiəçisini transfer edir
1 dəq oxu

​İngiltərənin "Aston Villa" klubu "Vest Hem"in sağ cinah müdafiəçisi Aaron Van-Bissakanın transferi ilə bağlı razılıq əldə edib.

​Operativ Media xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun paylaşımına görə, tərəflər 28 yaşlı konqolu futbolçunun icarəsi və sonradan məcburi alınması şərtləri üzrə ortaq məxrəcə gəliblər.

​Məlumata əsasən, oyunçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Qeyd edək ki, müdafiəçi cari mövsümdə bütün turnirlərdə 27 qarşılaşmada meydana çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər