Menyu

Kiçik Qaladərəsi kəndində balaca Gülərin traktor arzusu gerçəkləşib - VİDEO

Operativ Media
Kiçik Qaladərəsi kəndində balaca Gülərin traktor arzusu gerçəkləşib - VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə qayıdan Əsədovlar ailəsinə Prezident İlham Əliyevin kənd sakini Gülərin xahişindən sonra traktor hədiyyə edilib.

Operativ Media "AzTV"yə istinadən xəbər verir ki, Kiçik Qaladərəsi kəndində böyük qayıdış prosesi davam edir. 

İlkin mərhələdə kəndə 15 ailə, ümumilikdə 51 nəfər köçürülüb. Kəndə köçürülmə prosesinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev kənddə olarkən sakin Əsəd Əsədovun evində olub. Görüş zamanı ailənin balaca üzvü Gülər dövlət başçısından traktor istəyib.

Gülərin “Prezident babadan traktor istəmişdim” sözləri ilə ifadə etdiyi arzusu gerçəkləşib. Əsədovlar ailəsinə kənd təsərrüfatı işlərində istifadə etmək üçün traktor təqdim olunub.

Əsəd Əsədov bildirib ki, texnika yalnız ailənin deyil, kənd sakinlərinin də ehtiyacları üçün istifadə ediləcək. O, torpaq sahələrində əkin aparılacağını və traktorun kənddə müxtəlif işlərə kömək edəcəyini qeyd edib.

Qeyd edək ki, Əsəd Əsədov hər iki Qarabağ müharibəsinin iştirakçısıdır. O, Birinci Qarabağ müharibəsində, eləcə də 44 günlük Vətən müharibəsində iştirak edib və dövlət təltiflərinə layiq görülüb.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər