"Roma" portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi
Operativ Media
İtaliyanın "Roma" klubu "Portu"nun heyətində çıxış edən Rodriqo Moranın transferini rəsmən elan edib.
Operativ Media İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 19 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
Yeni komandasında 86 nömrəli forma ilə çıxış edəcək gənc oyunçu mərkəz yarımmüdafiəsi və cinah pozisiyalarında oynamaq bacarığına malikdir. 2007-ci il təvəllüdlü Portuqaliya vətəndaşı peşəkar karyerasına məhz "Portu"da başlayıb. O, ölkəsinin U-17, U-19 və U-21 milli komandalarının şərəfini qoruyub.
Futbolçu 2024-2025 və 2025-2026 mövsümlərində "Portu"nun forması ilə ümumilikdə 80 görüşdə qüvvəsini sınayıb və 16 qol vurmağı bacarıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net