"Trabzonspor" Kərim Benzema ilə maraqlanır
Operativ Media
Türkiyənin "Trabzonspor" klubu "Əl-Hilal"da çıxış edən hücumçu Kərim Benzema ilə təmas quraraq transfer şərtləri ilə maraqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlunun paylaşımında bildirilib.
Məlumata görə, Karadeniz təmsilçisi bu transfer pəncərəsində keçidi baş tutmayan Darvin Nunyesə alternatif olaraq 38 yaşlı fransalı forvardın namizədliyini nəzərdən keçirir. Təcrübəli oyunçunun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Benzema cari mövsümdə şans qazandığı 2 rəsmi matçda 1 dəfə fərqlənməyi bacarıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net