Menyu

Fransa millisinin sabiq üzvü Robert Muyne 96 yaşında vəfat etdi

Operativ Media
Fransa millisinin sabiq üzvü Robert Muyne 96 yaşında vəfat etdi

Fransanın "Lion" klubunun sabiq müdafiəçisi və ölkə milli komandasının keçmiş üzvü Robert Muyne 96 yaşında dünyasını dəyişib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı mərhum futbolçunun vaxtilə çıxış etdiyi klublar yayıblar.

​Bildirilib ki, karyerası ərzində "Lion" forması ilə 149 matça çıxan Muyne 1958-ci il dünya çempionatında bürünc medal qazanan Fransa millisinin heyətində yer alan sonuncu şahidlərdən biri idi.

​Qeyd edək ki, sabiq müdafiəçi karyerası ərzində "Tuluza" (1949–1953 və 1959–1963) və "Kann" (1953–1955) klublarının da şərəfini qoruyub. "Tuluza"nın heyətində 8 mövsüm ərzində 184 dəfə meydana çıxan futbolçu 1953-cü ildə klubun Divizion 2-də qazandığı tarixi qələbənin əsas iştirakçılarından biri olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər