13 Aprel 2023, 11:02
Sosial sahədə e-xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək
Sosial sahədə e-xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək şəkil
Sosial sahədə e-xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən sosial sahədə elektron xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, aprelin 14-də saat 11:00-da Füzuli rayonundakı Gənclər Mərkəzində təşkil olunacaq təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək, sualları cavablandırılacaq.

Bu təlimlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsal xidmətlərə dair bilik və bacarıqlarının artırılması məqsədilə keçirilir.

Ötən həftə Bərdə rayonunda başlayan bu təlimlərin ölkəmizin bütün bölgələrində keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb