Menyu

Bakı və Abşeronda su basma riski olan evlərə tələbat kəskin azalıb - VİDEO

Nicat Hüseynli
Bakı və Abşeronda su basma riski olan evlərə tələbat kəskin azalıb - VİDEO

Bakı və Abşeronda güclü yağışlardan sonra su basma riski olan ərazilərdə fərdi ev və torpaq sahələrinə maraq əhəmiyyətli dərəcədə azalıb.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, belə ərazilərdə əmlak qiymətləri təxminən 50 faiz ucuzlaşsa da, satışlar olduqca aşağı səviyyədədir. Bu ərazilərdə ev və torpaq alanların sayı demək olar ki, sıfıra enib.

Mütəxəssislər bildirirlər ki, əsas problemlərdən biri kanalizasiya və digər kommunikasiya xətlərinin çatışmazlığıdır. Bu səbəbdən vətəndaşlara əmlak alarkən ərazinin su basma riskini və infrastrukturunu diqqətlə araşdırmaq tövsiyə olunur.

Ekspertlər həmçinin əmlakın çıxarışının olmasının vacibliyini vurğulayırlar. Son dövrlərdə isə su basma riskinə görə kürsülü evlərə marağın artdığı bildirilir.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər