Menyu

Zelenski: Öz torpaqlarımızdan imtina etməyəcəyik

Operativ Media
Zelenski: Öz torpaqlarımızdan imtina etməyəcəyik
1 dəq oxu

"Müvəqqəti işğal altında olan Krım da daxil olmaqla, şərqdəki torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik. Bu, bizim qürurumuza, cəmiyyətimizin iradəsinə və Konstitusiyamıza ziddir".

Operativ Media xəbər verir ki, bu barədə Türkiyəyə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski "CNN Türk"ə müsahibədə bildirib.

Dövlət başçısı prioritet məsələnin cəbhə xəttində şərtə bağlanmayan, tam atəşkəsin təmin edilməsi və buna güclü nəzarət mexanizminin yaradılması olduğunu diqqətə çatdırıb:

"Atəşkəsə nail olmaq bir məsələdir. Sonrasında buna necə və kimlərin nəzarət edəcəyi ayrı bir mövzudur. Daha sonra müharibənin sonuna aparacaq yol xəritəsi və təhlükəsizlik zəmanətləri gəlir. Hücuma məruz qalan tərəf biz olsaq da, Rusiya da təhlükəsizlik zəmanəti istədiyini bildirir. Deməli, hər kəs bunu müzakirə etməyə hazırdır".

Əlaqəli Xəbərlər