Menyu

Bazarlarda soğanın qiyməti artıb - VİDEO

Nicat Hüseynli
Bazarlarda soğanın qiyməti artıb - VİDEO
1 dəq oxu

Azərbaycanda soğanın qiymətində ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. Paytaxt bazarlarında məhsulun bir kiloqramı növündən və ölçüsündən asılı olaraq 65 qəpikdən 1 manata qədər təklif olunur.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda topdansatış bazarlarında bir kisə soğanın qiyməti 25 manatdır. Kisənin çəkisi 33-35 kiloqram arasında dəyişir.

Bildirilib ki, ötən ilin eyni dövründə bir kisə soğan 11-13 manata satılırdı. Satıcılar bahalaşmanı bu il məhsulun az olması ilə əlaqələndirirlər.

Bölgələrdə də qiymət artımı müşahidə olunur. Bərdə bazarında bir kiloqram soğanın qiyməti 60-70 qəpik, qırmızı soğanın qiyməti isə təxminən 1 manatdır.

Satıcılar qeyd edirlər ki, Rusiyadan soğan idxalı yerli bazarda qiymətlərin sabitləşməsinə təsir göstərir.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər