Menyu

İsveçrədə kütləvi iğtişaşlar baş verib

Operativ Media
İsveçrədə kütləvi iğtişaşlar baş verib
1 dəq oxu

İsveçrənin Sürix şəhərində Hellouin münasibətilə solçu radikalların keçirdiyi yürüşdən sonra kütləvi iğtişaşlar baş verib.

Operativ Media xəbər verir ki, bu barədə “20 Minuten” nəşri məlumat yayıb.

Aksiya zamanı fəallar Qəzza zolağındakı müharibəyə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə və faşizmin yüksəlişinə qarşı etiraz etməyə başlayıblar.

Mitinq qısa müddət sonra nəzarətdən çıxıb. Etirazçılar zibil qutularını və avtomobilləri yandırmağa, barrikadalar qurmağa, həmçinin polislərə hücum etməyə başlayıblar.

İşqişaşlar zamanı sahibkarlar da zərər çəkib.

Əlaqəli Xəbərlər