Menyu

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var

Operativ Media
Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var
1 dəq oxu

Salyan rayonunda yük avtomobilinin maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı "Qazel" makralı yük avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb və nəqliyyat vasitəsi iki yerə bölünüb.

Hadisə zamanı Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri Ələkbər Gülhəsən oğlu Həsənov və Fariz Əliseyran oğlu Qarayev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər