Menyu

Lənkəranda güclü yağış və dolu meyvə bağlarına ziyan vurub - VİDEO

Nicat Hüseynli
Lənkəranda güclü yağış və dolu meyvə bağlarına ziyan vurub - VİDEO
1 dəq oxu

Lənkəranda güclü külək və dolu ilə müşayiət olunan yağış nəticəsində sitrus, kivi, kinkan və çiyələk təsərrüfatlarına ciddi ziyan dəyib.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, fəsadlar əsasən Seporadi, Tükəvilə, Şağləsər, Vilvan və Zövlə kəndlərində qeydə alınıb. Yağış və dolu meyvələri zədələyib, yetişməmiş məhsulun bir hissəsi ağaclardan tökülüb.

Tükəvilə kəndində 10 hektar kinkan və kivi bağında məhsul itkisi baş verib. Bu il təsərrüfatlarda 300 ton kivi və 250 ton kinkan məhsulu gözlənilirdi.

Seporadi kəndində isə 120 hektardan çox sahədə yetişdirilən mandarin, limon və portağal bağlarına ziyan dəyib. Şağləsər kəndində çiyələk sahələrindəki bitkilər və məhsullar da zədələnib.

Fermerlər bağlarda yaranmış fəsadları aradan qaldırmağa çalışırlar. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, əksər bağlar sığortalanıb.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər