"Sevilya" "Milan"dan Fofananı icarəyə götürüb
Operativ Media
Fransa millisinin yarımmüdafiəçisi Yussuf Fofana “Milan”dan “Sevilya”ya icarə əsasında keçib.
Operativ Media xəbər verir ki, 27 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi bir mövsümü əhatə edir və anlaşmada satınalma hüququ nəzərdə tutulmayıb.
Fofananın “Milan”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalı fransalı oyunçunun hazırkı bazar dəyərini 23 milyon avro qiymətləndirir.
Yarımmüdafiəçi bu mövsüm hələ meydana çıxmayıb. O, karyerası ərzində Fransa millisinin heyətində 25 oyun keçirib.
“Sevilya” həmçinin “Sent-Etyen”dən belçikalı hücumçu Lyuk Stassen və “Lill”dən portuqaliyalı vinger Feliks Korreyaya keçidini açıqlayıb. Hər iki futbolçu satınalma hüququ ilə icarəyə götürülüb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net