Menyu

“Çelsi”nin iki futbolçusu “Tottenhem”ə keçdi

Operativ Media
“Çelsi”nin iki futbolçusu “Tottenhem”ə keçdi

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Tosin Adarabioyo və yarımmüdafiəçi Mixail Mudrik “Tottenhem”ə transfer olunub.

Operativ Media xəbər verir ki, 28 yaşlı ingiltərəli Adarabioyo London təmsilçisinə daimi əsaslarla keçib. Daha əvvəl insayder Fabritsio Romano “Tottenhem”in futbolçu üçün 7 milyon funt-sterlinq ödəyəcəyini və müqavilədə bonusların da nəzərdə tutulduğunu bildirmişdi.

Adarabioyo 2024-cü ildən “Çelsi”nin formasını geyinirdi. O, klubun heyətində 77 matçda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

25 yaşlı Mudrik isə “Tottenhem”ə mövsümün sonunadək icarə əsasında keçib. London klubu mövsümün sonunda ukraynalı futbolçunun transfer hüquqlarını 75 milyon funt-sterlinqə almaq imkanına sahib olacaq.

Mudrik 2024-cü ildən antidopinq qaydalarını pozduğuna görə tətbiq edilən diskvalifikasiya səbəbindən meydana çıxmayıb. O, “Çelsi”də keçirdiyi 73 oyunda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər