Qan verən şəxslərin nəzərinə: 150 manat cərimələnə bilərsiniz
Azərbaycan qanunvericiliyində qan və qan komponentlərinin donorluğu zamanı həm donorlar, həm tibb müəssisələri, həm də digər aidiyyəti şəxslər üçün bir sıra cərimələr nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, donor olmaq istəyən şəxsin əvvəllər keçirdiyi və hazırda mövcud olan xəstəliklər, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməməsinə görə 30 manatdan 40 manatadək cərimə tətbiq edilir.
Donordan tibbi müayinə keçirilmədən qan və ya qan komponentlərinin götürülməsinə görə isə fiziki şəxslər 40 manatdan 50 manatadək, vəzifəli şəxslər 50 manatdan 65 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək cərimə edilir.
Müalicə müəssisələri tərəfindən qan və qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində yaranan ciddi əlavə təsirlər barədə qan xidməti müəssisəsinə, yəni qan bankına, və müvafiq quruma məlumat verilməməsinə görə də cərimə nəzərdə tutulub.
Belə halda fiziki şəxslər 40 manatdan 50 manatadək, vəzifəli şəxslər 50 manatdan 65 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilə bilər.
dəqiqələr içində saytın olsun.