Menyu

Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edir - VİDEO

Nicat Hüseynli
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edir - VİDEO
1 dəq oxu

Bəzi taksi sürücülərinin uşaqlı sərnişinləri daşımaqdan imtina etdiyi bildirilir. Sürücülər buna səbəb kimi uşaqların avtomobilin salonunu çirkləndirməsini və valideynlərin onlara nəzarət etməməsini göstərirlər.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, bəzi sərnişinlər uşaqların avtomobildə davranışına nəzarət etmir, nəticədə oturacaqlar çirklənir və bu, növbəti sərnişinlərin narazılığına səbəb olur.

Nəqliyyat ekspertləri bildirirlər ki, uşaqların avtomobildə davranışına nəzarət valideynlərin məsuliyyətindədir. Sərnişinlər də avtomobildən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etməli, nəqliyyat vasitəsini çirkləndirməməli və təhlükəsizlik tələblərinə riayət etməlidirlər.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər