Menyu

Latviya Rusiya və Belarusa avtobus səyahətlərinin tamamilə qadağan edilməsini nəzərdən keçirir

Operativ Media
Latviya Rusiya və Belarusa avtobus səyahətlərinin tamamilə qadağan edilməsini nəzərdən keçirir

Latviya 2027-ci ildən Rusiya və Belarus istiqamətində sərnişin avtobus daşımalarını tamamilə qadağan etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Latviyanın Nəqliyyat Nazirliyinin sentyabrın 7-də yaydığı məlumatda bildirilib. Nazirlik bununla bağlı Avtomobil daşımaları haqqında qanuna dəyişikliklər layihəsini hökumətə təqdim edib.

Təklifə əsasən, Latviyadan Rusiya və Belarus istiqamətində həm müntəzəm, həm də qeyri-müntəzəm sərnişin avtobus reysləri, eləcə də Latviyanın ərazisindən keçməklə həyata keçirilən tranzit marşrutlar qadağan ediləcək.

Hazırda Latviyadan Rusiyaya yalnız bir müntəzəm avtobus marşrutu fəaliyyət göstərir. Bu marşrutdan istifadə üçün verilmiş icazənin müddəti 9 yanvar 2027-ci ildə başa çatır və onun uzadılması nəzərdə tutulmur.

Nazirlik qeyd edib ki, müntəzəm avtobus reyslərinə tətbiq olunan məhdudiyyətin hazırkı təsiri tam deyil. Sərnişinlər Estoniya və Litva üzərindən birləşdirici marşrutlardan, həmçinin mövcud qaydaların əhatə etmədiyi mikroavtobus xidmətlərindən istifadə edə bilirlər.

Bundan əlavə, Latviyada 1 noyabr 2025-ci ildən Rusiya və Belarus istiqamətində qeyri-müntəzəm avtobus reyslərinə də qadağa qüvvədədir. Hazırda bu məhdudiyyətin daha bir il uzadılması ilə bağlı qərar hazırlanır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər