Menyu

Yeni nəsil kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

Operativ Media
Yeni nəsil kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən Operativ Media-ya verilən məlumata görə, indiyədək ölkə ərazisində 116.055 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar – avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,07 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,8 milyon manat, yaxud 14,8 faiz çoxdur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər