Menyu

Dərnəgüldən qatarla "28 May"a necə getmək olar?

Operativ Media
Dərnəgüldən qatarla "28 May"a necə getmək olar?
1 dəq oxu

Bakı metrosunda avqustun 15-dən tətbiq olunan dəyişikliklər Dərnəgül stansiyasından "28 May" istiqamətində hərəkət edən sərnişinlər üçün əlavə vaxt itkisi yaradıb.

Operativ Media-nın xəbərinə görə, hazırda Dərnəgül istiqamətindən metro qatarları Nizami stansiyasına qədər hərəkət edir. "28 May" istiqamətinə getmək istəyən sərnişinlər Nizamidə metrodan çıxaraq ekspress avtobuslardan istifadə etməlidirlər.

Bu isə xüsusilə günün sıx saatlarında sərnişinlər üçün əlavə vaxt itkisi yaradır. Qarşıdakı günlərdə məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə sərnişin axınının daha da artacağı gözlənilir.

Lakin Dərnəgül, 20 Yanvar, Azadlıq prospekti, Memar Əcəmi və ətraf ərazilərdən "28 May" istiqamətində hərəkət edən sərnişinlərin çoxlarının bilmədiyi alternativ yol var.

Söhbət bu ilin yayında istifadəyə verilən ADY-nin Dərnəgül dayanacağından gedir.

Belə ki, sərnişinlər Dərnəgül metro stansiyasından çıxaraq yerüstü qatarla cəmi 11 dəqiqəyə "28 May" stansiyasına çata bilərlər.

Bu variantın daha bir üstünlüyü isə marşrutun əks istiqamətdə də əlverişli olmasıdır.

"28 May"dan Dərnəgülə yerüstü sürət qatarı ilə getmək mümkündür.

Dərnəgülə çatdıqdan sonra isə sərnişin metroya keçərək 20 Yanvar, Azadlıq prospekti, Memar Əcəmi və digər istiqamətlərə davam edə bilər.

Beləliklə, "28 May" istiqamətinə gedən sərnişin üçün Nizamidən ekspress avtobusa keçmək əvəzinə Dərnəgüldən yerüstü qatardan istifadə etmək, geri qayıdarkən isə "28 May"dan həmin qatarla Dərnəgülə gedərək metroya keçmək alternativi mövcuddur.

Məktəblərin açılması ilə ictimai nəqliyyatda sıxlığın artacağı nəzərə alınarsa, Dərnəgül–"28 May" yerüstü qatar xətti xüsusilə həmin istiqamətdə hərəkət edən sərnişinlər üçün vaxt baxımından daha əlverişli alternativə çevrilə bilər.

Əlaqəli Xəbərlər