Menyu

Azərbaycanda fındığın qiyməti iki dəfə ucuzlaşıb - VİDEO

Nicat Hüseynli
Azərbaycanda fındığın qiyməti iki dəfə ucuzlaşıb - VİDEO
1 dəq oxu

Azərbaycanda bu il fındıq məhsulu bol olsa da, məhsulun alış qiyməti ötən illə müqayisədə təxminən iki dəfə aşağı düşüb.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, ötən il fındığın kiloqramı 7-8 manata satıldığı halda, hazırda qiymət 3-4 manat arasında dəyişir.

Fermerlər bildirirlər ki, qiymətlərin aşağı olması məhsulun yetişdirilməsi və yığılmasına çəkilən xərcləri qarşılamağa imkan vermir.

Ekspert Etibar Nuriyev qeyd edib ki, ötən il fındığın yüksək qiymətə satılması istisna hal olub. Onun sözlərinə görə, Azərbaycanda və Türkiyədə məhsuldarlığın aşağı olması həmin dövrdə qiymətlərin artmasına səbəb olub.

Hazırda fındığın kiloqramının qiyməti 3 manatdan başlayır.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər