Menyu

Səudiyyə Ərəbistanında Husilərin hücumları nəticəsində 70-dən çox insan yaralanıb

Nicat Hüseynli
Səudiyyə Ərəbistanında Husilərin hücumları nəticəsində 70-dən çox insan yaralanıb
1 dəq oxu

Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərə və enerji infrastrukturu obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib, nəticədə 73 mülki şəxs yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəməndə Qanuniliyə Dəstək Koalisiyasının məlumatına görə, yaralananlar arasında qadınlar və uşaqlar da var.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi zərbələr nəticəsində bir neçə obyektdə yanğın baş verdiyini və bəzi obyektlərin fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, mütəxəssislər isə dəymiş ziyanın qiymətləndirilməsi ilə məşğuldur.

Əlaqəli Xəbərlər