Menyu

MDB XİN Şurasının iclası oktyabrın 7-də Türkmənistanda keçiriləcək

Nicat Hüseynli
MDB XİN Şurasının iclası oktyabrın 7-də Türkmənistanda keçiriləcək
1 dəq oxu

MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrın 7-də Türkmənistanın Türkmənbaşı şəhərində keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 7-də Türkmənbaşı şəhərində Türkmənistan xarici işlər nazirinin müavini Serdar Məhəmməddurdıyev MDB Baş katibinin müavini Denis Trefilovla görüşüb.

Görüşdə Türkmənistanın MDB ilə əməkdaşlığının cari məsələləri müzakirə olunub.

Əlaqəli Xəbərlər