Menyu

Bloomberg: Avropa qışa qədər Ukrayna üçün yeni “Patriot” raketləri alacaq

Nicat Hüseynli
Bloomberg: Avropa qışa qədər Ukrayna üçün yeni “Patriot” raketləri alacaq
1 dəq oxu

Avropa ölkələri qışa qədər Ukrayna üçün ABŞ istehsalı “Patriot” raketlərinin yeni partiyasını almağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Avropa ölkələri yeni raketlərin alınması üçün NATO-nun Ukraynaya silah tədarükü üzrə PURL mexanizminə ayırdıqları vəsaitdən istifadə planını yekunlaşdırır.

Raketlərin qışdan əvvəl Ukraynaya çatdırılması nəzərdə tutulur. Təhlükəsizlik səbəbindən onların dəqiq sayı açıqlanmayıb.

Ukraynanın hava hücumundan müdafiə vasitələrinə, xüsusilə “Patriot” raketlərinə ehtiyacı son dövrdə daha da artıb.

Əlaqəli Xəbərlər