Menyu

Balaxanıda obyektdə yanğın baş verib - YENİLƏNİB 2 - FOTO

Operativ Media
Balaxanıda obyektdə yanğın baş verib - YENİLƏNİB 2 - FOTO
1 dəq oxu

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.

***

20:39

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

20:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Fotogalereya

Əlaqəli Xəbərlər