Menyu

Annalena Berbok siyasətdən gedir

Operativ Media
Annalena Berbok siyasətdən gedir
1 dəq oxu

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bu gün başa çatan 80-ci sessiyasının sədri səlahiyyətlərini təhvil verərək qeyri-ictimai həyat sürmək qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "Handelsblatt" qəzetinə müsahibəsində sabiq diplomatın özü məlumat verib:

"İndi mən sıravi vətəndaşam".

"DPA" agentliyinin mənbələrə istinadən yaydığı xəbərə görə, Berbok bundan sonra akademik fəaliyyətlə məşğul olacaq və Nyu-Yorkdakı nüfuzlu Kolumbiya Universitetində dərs deyəcək.

Qeyd edək ki, Berbokun rəhbərlik etdiyi 80-ci sessiya ərzində BMT Baş Assambleyası 116 plenar iclas keçirib və 317 qətnamə qəbul edib. Qurumun 81-ci sessiyasının yeni sədri isə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman seçilib.

Əlaqəli Xəbərlər