Menyu

Tehran Məmmədov tələbələr arasında dünya çempionu oldu

Operativ Media
Tehran Məmmədov tələbələr arasında dünya çempionu oldu

Azərbaycan atleti Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələrin dünya çempionatında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 130 kq nəticə göstərərək gümüş medal əldə edib.

Məmmədov təkanla qaldırma hərəkətində isə 159 kq ağırlığın öhdəsindən gəlib və bu növdə birinci yeri tutub.

O, iki hərəkətin cəminə görə 289 kq nəticə ilə tələbələrin dünya çempionatının qalibi olub.

Bununla Tehran Məmmədov tələbələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanan ilk Azərbaycan atleti kimi tarixə düşüb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər