Menyu

Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb

Operativ Media
Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb
1 dəq oxu

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə gecə saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobili traktorla toqquşub. Toqquşmadan sonra minik avtomobilində yanğın baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatları araşdırılır.

Əlaqəli Xəbərlər