Fransada muzeydən 9 milyon avroluq tablolar oğurlanıb
Fransanın cənubundakı Kany-sür-Merdə yerləşən Pyer-Ogüst Renuara həsr olunmuş muzeydən iki rəsm əsəri oğurlanıb.
Operativ Media xəbər verir ki, hadisə zamanı muzeyə daxil olan iki şübhəli təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Kany-sür-Mer şəhərinin meri Brayan Masson bildirib ki, muzeyin siqnalizasiya sistemi saat 05:48-də işə düşüb. Cəmi beş dəqiqə sonra, saat 05:53-də bələdiyyə polisi hadisə yerinə çatıb.
Onun sözlərinə görə, şübhəlilərin axtarışı davam edir və hadisə ilə bağlı araşdırma aparılır.
Bələdiyyə rəhbəri muzeydən iki tablonun aparıldığını, daha iki əsərin isə muzeyin bağçasında qoyulduğunu təsdiqləyib. Oğurlanan rəsmlərin ümumi dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir.
Bələdiyyənin açıqlamasına görə, oğurlanan əsərlər “Madame Colonna Romano” və “Jeune femme au puits” (“Quyudakı gənc qadın”) tablolarıdır.
Yerli KİV-in məlumatına görə, oğrular muzey ərazisini əhatə edən metal hasarı kəsərək içəri daxil olublar. Bildirilib ki, şübhəlilər hadisəni təhlükəsizlik əməkdaşlarının növbə dəyişməsi vaxtına uyğun şəkildə planlaşdırıblar.
dəqiqələr içində saytın olsun.