Menyu

Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir

Operativ Media
Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir

Dəyişən geosiyasi vəziyyət beynəlxalq iqlim əməkdaşlığına və dünyada iqlimlə bağlı proseslərə təsir göstərir.

Operativ Media xəbər verir ki, bunu COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, müasir dövrdə bəşəriyyət heç vaxt olmadığı qədər bir-birindən asılı vəziyyətdədir və eyni zamanda insanlığı dəyişdirmək, yaxud məhv etmək potensialına malik texnologiyalar mövcuddur.

Nigar Arpadarainin sözlərinə görə, qlobal problemlərin ayrı-ayrılıqda həlli mümkün deyil:

“İqlim gündəliyi bu baxımdan böyük potensiala malikdir. Çünki bütün regionları, dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm məhz iqlim gündəliyidir. Buna görə də bu mesajı daha güclü şəkildə irəli aparmalıyıq”.

Deputat qeyd edib ki, COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı mühüm nəticə əldə olunub və Bakıda qəbul edilən tarixi qərarla maliyyə öhdəliyi təmin edilib.

O vurğulayıb ki, iqlim fəaliyyətinin insanların həyat keyfiyyətinə mənfi təsir göstərməməsi, əksinə, onun yaxşılaşdırılmasına xidmət etməsi vacibdir.

“Əminəm ki, biz tarazlıq tapacaq və iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan səmərəli şəkildə istifadə edə biləcəyik”, – deyə Nigar Arpadarai əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər