Menyu

Ceyhun Bayramov: Xəzər dənizindəki azalmaları Bulvarın bəzi ərazilərindən aydın görmək mümkündür

Operativ Media
Ceyhun Bayramov: Xəzər dənizindəki azalmaları Bulvarın bəzi ərazilərindən aydın görmək mümkündür

Xəzər dənizində su səviyyəsinin azalması Bakının sahil ərazilərində də açıq şəkildə müşahidə olunur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib.

Nazir bildirib ki, hazırda dünyada sürətli ekoloji dəyişikliklər baş verir və bu proses dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda özünü göstərir.

“Bunun ən bariz nümunəsi Xəzər dənizidir. Bulvarın bəzi ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür. Bütün bunlar iqlim dəyişikliyinin göstəricisidir”, – deyə Ceyhun Bayramov qeyd edib.

Onun sözlərinə görə, baş verən ekoloji dəyişikliklər iqtisadi sabitlik və davamlılıq baxımından da məsələnin aktuallığını artırır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər