Menyu

Ana Toni: COP31-də əsas diqqət iqlim öhdəliklərinin icrasına yönələcək

Nərmin Qocamanlı
Ana Toni: COP31-də əsas diqqət iqlim öhdəliklərinin icrasına yönələcək
1 dəq oxu

İqlim gündəliyində əsas məqsəd qəbul edilmiş öhdəliklərin icrasını sürətləndirmək və konkret nəticələr əldə etməkdir.

Operativ Media xəbər verir ki, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni bildirib.

Onun sözlərinə görə, COP30-da razılaşdırılan beşillik plan bu baxımdan mühüm əhəmiyyət daşıyır. COP31 isə öhdəliklərdən həll yollarına, oradan icraya və ölçülə bilən nəticələrə keçidi sürətləndirməlidir.

Ana Toni qeyd edib ki, Bakı COP31-ə qədər sadəcə növbəti dayanacaq deyil, icra baxımından mühüm mərhələdir.

O, iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər