Menyu

COP30-un icraçı direktoru: İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir

Operativ Media
COP30-un icraçı direktoru: İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir

İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir.

Operativ Media-nın məlumatına görə, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.

Onun sözlərinə görə, icra işinin sürətləndirilməsi istiqamətində də işlər aparılır:

"Yəni biz öhdəlikdən həll yoluna, həll yolundan isə icraya doğru irəliləyirik. Ona görə də COP30 çərçivəsində beşillik fəaliyyət planı təsdiqlənib. Hesab edirəm ki, bu, bütün proseslər üçün nümunəvidir".

COP30-un icraçı direktoru deyib ki, dünyada hazırda iqlim məsələlərindən doğan ərzaq təhlükəsizliyi istiqamətində də müəyyən suallar mövcuddur.

Ana Toni çıxışının sonunda Türkiyədə keçirləcək COP31-ə də toxunub:

"Hesab edirik ki, COP31 çərçivəsində müxtəlif səviyyəli yeniliklərə də şahid olacağıq. Biz COP31-in iqlim fəaliyyətimizi Türkiyədə uğurla davam etdirəcəyimizə inanır, COP31-i sözügedən prosesdə mühüm mərhələ kimi görürük".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər