Daniele Violetti: İqlim maliyyələşməsi üzrə yeni imkanlar açılmalıdır
İqlim maliyyələşməsinin dəqiq müəyyənləşdirilməsi və beynəlxalq karbon bazarları üçün qaydaların yekunlaşdırılması ölkələrə iqlim hədəflərinə daha səmərəli çatmağa imkan verə bilər.
Operativ Media xəbər verir ki, bunu UNFCCC-nin Proqramların Koordinasiyası üzrə baş direktoru Daniele Violetti sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.
O qeyd edib ki, bu səbəbdən İqlim Həftəsi çərçivəsində Bakıda yenidən bir araya gəlmək məntiqlidir. Violetti Azərbaycanın praktiki iqlim həllərinin müzakirəsinə verdiyi töhfəni və qonaqpərvərliyini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, danışıqlar və Qlobal İqlim Fəaliyyəti Gündəliyi ayrı, lakin bir-birini tamamlayan istiqamətlərdir. Danışıqlar beynəlxalq çərçivəni formalaşdırır, Fəaliyyət Gündəliyi isə qərarların praktiki həllər vasitəsilə həyata keçirilməsinə kömək edir.
Violetti bildirib ki, İqlim Həftəsində keçirilən İcra Laboratoriyalarında kənd təsərrüfatı, ərzaq sistemləri, aviasiya, sənaye, tikinti və tullantı sektorlarının maliyyələşdirilməsi və karbonsuzlaşdırılması müzakirə olunur.
O vurğulayıb ki, iqlim fəaliyyətinin sürətləndirilməsi üçün hökumətlərlə yanaşı biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti də fəal iştirak etməlidir.
Violetti əlavə edib ki, Bakıdakı müzakirələr bir daha göstərir: **iqlim həlləri mövcuddur, əsas məsələ onların icrasını sürətləndirməkdir.**
dəqiqələr içində saytın olsun.