Menyu

Daniele Violetti: "Bakıdakı müzakirələr iqlim öhdəliklərinin icrasında irəliləyiş olduğunu göstərir"

Operativ Media
Daniele Violetti: "Bakıdakı müzakirələr iqlim öhdəliklərinin icrasında irəliləyiş olduğunu göstərir"
1 dəq oxu

Bakıdakı müzakirələr iqlim öhdəliklərinin icrasında irəliləyişin olduğunu göstərir. Lakin tempi və ambisiyaları artırmaq lazımdır.

Operativ Media xəbər verir ki, bunu UNFCCC-nin Proqramların Koordinasiyası üzrə baş direktoru Daniele Violetti Bakıda keçirilən İqlim Həftəsində bildirib.

O qeyd edib ki, əsas diqqət konkret nəticələrə, investisiyaların səfərbər edilməsinə və Milli Müəyyənləşdirilmiş Töhfələrin (NDC) və Milli Uyğunlaşma Planlarının (NAP) real nəticələrə çevrilməsinə yönəldilməlidir.

Violetti bildirib ki, COP31-ə qədər bu dinamikanın davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, Antalyada ikinci Qlobal Qiymətləndirmə başlayacaq və proses real iqtisadiyyatla əlaqələndirilərək Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılacaq.

O, Azərbaycanın ev sahibliyinə görə təşəkkür edib və İqlim Həftəsinin uğurlu keçməsini arzulayıb.

Əlaqəli Xəbərlər