Ana Toni: İqlim mübarizəsində vaxt itirmək olmaz
Qarşıdakı günlərdə əsas diqqət iqlim həllərinə, mövcud maneələrə və icranı sürətləndirmək üçün zəruri maliyyələşməyə yönəldilməlidir.
Operativ Media xəbər verir ki, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Tonisentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində bildirib.
O qeyd edib ki, COP30-dan COP31-ə keçid Antalyada harmonik əməkdaşlıq şəraitində həyata keçiriləcək. Ana Toni Mərakeş Tərəfdaşlığına da əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkür edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı problemlər ciddi olsa da, əsas diqqət həll yollarına və onların sürətlə genişləndirilməsinə yönəldilməlidir.
Ana Toni bildirib ki, 1,5 dərəcə həddinin aşılması ilə bağlı risklər həll yollarının daha sürətli həyata keçirilməsini zəruri edir.
O vurğulayıb ki, COP31 ölkələrə və müxtəlif sektorlara icranın yeni mərhələsinə keçmək və daha sürətli irəliləmək üçün imkan yaradacaq.
dəqiqələr içində saytın olsun.