Menyu

Devid Hiqqins: İqlim dəyişikliyi Sakit okean regionunu təhdid edir

Nərmin Qocamanlı
Devid Hiqqins: İqlim dəyişikliyi Sakit okean regionunu təhdid edir
1 dəq oxu

Sakit okean ölkələri iqlim dəyişikliyinin yaratdığı ciddi təhlükələrlə üzləşir.

Operativ Media xəbər verir ki, bunu COP31-in icraçı direktorunun müavini və danışıqlar prosesinin sədri Devid Hiqqins sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi və su ehtiyatlarına təhdidlər region üçün həyati risklər yaradır.

Hiqqins qeyd edib ki, COP31 çərçivəsində 1,5 dərəcə hədəfinin qorunması, okean və iqlim əlaqəsinin önə çıxarılması, Sakit okean ölkələrinin səslərinin daha geniş auditoriyaya çatdırılması və maliyyəyə çıxışın yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Əlaqəli Xəbərlər