Menyu

Bessent: Tramp yuxudan imtina edən prezidentdir

Operativ Media
Bessent: Tramp yuxudan imtina edən prezidentdir
1 dəq oxu

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, prezident Donald Tramp yuxuya kifayət qədər vaxt ayırmır.

Operativ Media xəbər verir ki, Bessent bu barədə ABŞ Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri öncəsi keçirilən ilk milli qurultayında danışıb.

Onun sözlərinə görə, Trampın yuxu rejimi ilə bağlı vəziyyət əvvəlki prezidentlə bağlı müzakirələrdən fərqlənir. Bessent qeyd edib ki, “oyaq qala bilməyən prezidentdən yuxudan imtina edən prezidentə keçmişik”.

“The Wall Street Journal” qəzeti isə ilin əvvəlində yazıb ki, Tramp tez-tez köməkçiləri ilə gecə saat 2-də və ya daha gec əlaqə saxlayır.

Tramp özü də qəzetə açıqlamasında heç vaxt çox yatmadığını bildirib.

Əlaqəli Xəbərlər