Menyu

Renat Dadaşov Ukrayna klubuna keçib

Operativ Media
Renat Dadaşov Ukrayna klubuna keçib
1 dəq oxu

Ukraynanın "Bukovina" klubu Azərbaycan millisinin forvardı Renat Dadaşovu heyətinə qatdığını açıqlayıb.

Operativ Media Çernovtsı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı forvardla "1+1" illik müqavilə imzalanıb.

Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək. Milli üzvü daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela", İsveçrənin "Qrasşopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarının da formasını geyinib.

Qeyd edək ki, hücumçu 2025/2026 mövsümünü Polşanın "Motor" komandasında keçirib. Almaniyanın U-16 və U-17 yığmalarında da forma geyinmiş futbolçu 2017-ci ildən dəvət aldığı Azərbaycan millisində keçirdiyi 45 matçda 7 qol vurub.

Əlaqəli Xəbərlər