Menyu

Abdullah Eren: AIDA ən təcrübəli qurumlar arasında hörmət qazanıb

Operativ Media
Abdullah Eren: AIDA ən təcrübəli qurumlar arasında hörmət qazanıb

“AIDA əldə etdiyi nailiyyətlərlə ən təcrübəli inkişaf qurumları arasında layiqli hörmət qazanıb”.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren AIDA-nın 15 illiyinə həsr olunmuş konfransda bildirib.

O, AIDA-nı 15 illik yubileyi münasibətilə təbrik edərək agentliyin qısa müddətdə beynəlxalq inkişaf tərəfdaşları arasında nüfuz qazandığını qeyd edib.

Eren Azərbaycanın yardım alan ölkədən etibarlı donor dövlətə çevrilməsinin inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu vurğulayıb.

TİKA rəhbəri AIDA-nın fəaliyyətində insan inkişafı, iqlim həmrəyliyi və tərəfdaşlığın əsas istiqamətlər olduğunu bildirib. Onun sözlərinə görə, təhsil və səhiyyə sahələrində həyata keçirilən layihələr uzunmüddətli nəticələrə hesablanıb.

Abdullah Eren Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələri qlobal gündəliyin mərkəzinə gətirdiyini və iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal məqsədin müəyyənləşdirilməsinə mühüm töhfə verdiyini deyib.

O, COP31-ə ev sahibliyi edəcək Türkiyənin Azərbaycanın müəyyən etdiyi inklüziv və inkişaf etməkdə olan ölkələrə yönəlmiş yanaşmanı davam etdirəcəyini bildirib.

TİKA rəhbəri AIDA ilə TİKA arasında Anlaşma Memorandumunun imzalanmasını da yüksək qiymətləndirib. Eren sənədin birgə proqramların, təcrübə mübadiləsinin və üçüncü ölkələrdə əlaqələndirilmiş fəaliyyətin inkişafına imkan yaradacağını qeyd edib.

O əlavə edib ki, bu ilin sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inkişaf əməkdaşlığı qurumları xüsusi görüş keçirəcək. Görüşdə prioritetlərin uyğunlaşdırılması və üçüncü ölkələrdə fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.

Abdullah Eren Türkiyə ilə Azərbaycanın inkişaf əməkdaşlığı sahəsində də bundan sonra birlikdə fəaliyyət göstərəcəyini vurğulayıb və AIDA-nın 15 illiyi münasibətilə agentliyin rəhbərliyini və əməkdaşlarını təbrik edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər