ABŞ-nin Azərbaycandakı səfirliyi "Ford F150"ləri hərraca çıxarır - QİYMƏTLƏR
ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş kompüter avadanlıqları, avtomobillər və müxtəlif əşyaların satışı ilə bağlı onlayn hərrac keçirəcək.
Operativ Media xəbər verir ki, hərrac 14 sentyabr 2026-cı il, bazar ertəsi saat 10:00-da başlayacaq və 16 sentyabr 2026-cı il, çərşənbə günü saat 12:00-da başa çatacaq.
Hərrac Bakı vaxtı ilə onlayn formatda keçiriləcək. İştirak etmək istəyən şəxslər hərracın qaydaları və satışa çıxarılan əşyaların fotoşəkilləri ilə tanış olmaq üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat və hərracda iştirak üçün rəsmi platformadan istifadə etmək mümkündür.
Qalib gələn şəxslər etibarlı, fotoşəkilli şəxsiyyəti təsdiq edən sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.
Ətraflı məlumat üçün 050-221-83-29 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.


dəqiqələr içində saytın olsun.